lingvaschool.com

Əyləncəli ingilis dili bilikləri #1

Əyləncəli ingilis dili bilikləri #1

Pangram cümlə nədir? 

 Yeni dil öyrənmək nə qədər çətin olsa da, pangram cümlələr onu daha da maraqlı edir. Sizcə, bu nədir? Gəlin, bərabər baxaq. Pangram cümlə əlifbanın 26 hərfinin hamısını özündə  cəmləyən cümlədir. Sizcə, bu maraqlı deyil? Panqram cümlələr üçün daha az yayılmış bir ad da var, “holoalphabetic” cümlələr.

Bu cür cümlələr daha çox avadanlıqları test etmək üçün, əl yazısı bacarıqları və hətta maşın yazısında istifadə olunur. Xəttatlar öz bacarıqlarını artırmaq üçün tez-tez bu cümlələr ilə məşq edirlər. Pangramın çox yayılmış bir nümunəsi budur:

The quick brown fox jumps over the lazy dog.”

Bu cümlədə A-dan Z-ə qədər Əlifbanın bütün hərfləri var. Bu cümlə yazı maşınları istifadə edənlər və şrift tərtibatçıları tərəfindən çox yaxşı tanınan bir cümlədir.

Şrift tez-tez bu cür cümlələr üzərində sınaqdan keçirilir.

Daha az istifadə olunan, başqa bir pangram cümləsi aşağıdakıdır:

“Pack my box with five dozen liquor jugs.”

 Ləman Qafarlı