Sual-cavab
Qaranlıq qalan məqamlar üçün
IELTS
IELTS imtahanı tez-tez keçirildiyindən, siz orientir olaraq, daha çox xaricdə imtahan verəcəyiniz universitetin qəbul şərtləri və tarixlərini götürməisiniz. Çox zaman IELTS hazırlığına yayda (okytabr-noyabr aylarında imtahan vermək üçün), yaxud sentyabr-oktyabr aylarında başlanılır.
IELTS imtahanına hazırlıq intensiv və mütəmadi qaydada aparılır və məşğul olacağınız müddət 2 əsas faktora bağlıdır:
a) Sizin cari ingilis dili səviyyəniz
b) Sizin yığmaq istədiyiniz bal
Bir çox universitetlərdən təqaüd qazanmaq üçün 7.0 yetəri hesab olunur. Intermediate (B2) səviyyəsi ilə 7.0 IELTS toplamaq üçün təqribən 4 ay zamana ehtiyacınz olacaq. Intensiv formada hazırlıq zamanınızın 2 dəfəyədək qənaətinə şərait yaradır.
Effektiv IELTS hazırlığı üçün sizin Intermediate (B2) səviyyəsinə ehtiyacınız var. Əgər sizin səviyyəniz daha yüksəkdirsə, yaxud intensiv kurs keçəcəksinizsə, 3 bəzən 2 ay belə yetərli ola bilər.
IELTS əsasən Avropa universitetlərinə qəbul üçün əsas tələblərdədir. Universitetlərin bal tələbləri bir neçə meyar üzrə dəyişir:
a) Təqaüd üçün baş vuracaqsınızmı?
b) Hansı ölkədə təhsil almaq istəyirsiniz?
c) Hansı ixtisas üzrə təhsil almaq istəyirsiniz?
Məsələn, Çində 5.5 yaxud 6.0 IELTS balı ilə tam təqaüd qazanmaq olar, amma Macarıstan, yaxud Çexiyada təqaüd üçün 7.0 bal yığmağınız məsləhətdir. Yaxud dil və ədəbiyyat ilə bağlı fakültələri seçirsinizsə, hətta tələb 7.5 belə ola bilər.
IELTS sertifikatı da, bir çox beynəlxalq sertifikatlar kimi, 2 il müddətinə yararlıdır.
General yaxud Academic IELTS arasındakı seçim sizin universitetdə oxumaq (yaxud hər hansı bir qurumda çalışmaq), yaxud viza məqsədləri üçün imtahana qatılmağınızdadır. Əgər siz xaricdə ali təhsili planlamısınızsa, o zaman ACAdemic IELTS imtahanına girməlisiniz, yox məqsədiniz xaricə köçmək üçün viza alınmasıdırsa (Xüsusən, Kanadaya köçmək üçün), o zaman General IELTS-ə hazırlaşıb, imtahan verməyiniz lazımdır.
TOEFL
TOEFL imtahanı tez-tez keçirildiyindən, siz orientir olaraq, daha çox xaricdə imtahan verəcəyiniz universitetin qəbul şərtləri və tarixlərini götürməlisiniz. Çox zaman TOEFL hazırlığına yayda (okytabr-noyabr aylarında imtahan vermək üçün), yaxud sentyabr-oktyabr aylarında başlanılır.
TOEFL imtahanına hazırlıq intensiv və mütəmadi qaydada aparılır və məşğul olacağınız müddət 2 əsas faktora bağlıdır:
a) Sizin cari ingilis dili səviyyəniz
b) Sizin yığmaq istədiyiniz bal
Bir çox universitetlərdən təqaüd qazanmaq üçün 80+ yetəri hesab olunur. Intermediate (B2) səviyyəsi ilə 90+ TOEFL balı toplamaq üçün təqribən 4 ay zamana ehtiyacınz olacaq. Intensiv formada hazırlıq zamanınızın 2 dəfəyədək qənaətinə şərait yaradır.
Effektiv TOEFL hazırlığı üçün sizin Intermediate (B2) səviyyəsinə ehtiyacınız var. Əgər sizin səviyyəniz daha yüksəkdirsə, yaxud intensiv kurs keçəcəksinizsə, 3 bəzən 2 ay belə yetərli ola bilər.
TOEFL əsasən ABŞ, Kanada, Türkiyə universitetlərinə qəbul üçün əsas tələblərdədir. Universitetlərin bal tələbləri bir neçə meyar üzrə dəyişir:
a) Təqaüd üçün baş vuracaqsınızmı?
b) Hansı ölkədə təhsil almaq istəyirsiniz?
c) Hansı ixtisas üzrə təhsil almaq istəyirsiniz?
Məsələn, adətən 84 TOEFL balı ilə təqaüd imkanları üçün başvuru edə bilərsinizsə, ABŞ yaxud Türkiyədəki prestijli universitetlərin tələbləri 110+ olacaq.
TOEFL sertifikatı da, bir çox beynəlxalq sertifikatlar kimi, 2 il müddətinə yararlıdır.
SAT
SAT imtahanı xaricdə bakalavr təhsili almaq istəyənşagirdlər üçün əsas tələblərdən biridir. Dünya üzrə demək olar ki, bütün prestijli universitetlər SAT balının olmasını tələb edir. SAT imtahanının məqsədi orta məktəb şagirdlərinin ali məktəblərə hazırlığını ölçməkdir. Bu müxtəlif şagirdləri obyektiv şəkildə dəyərləndirmək üçün vahid ölçü meyarıdır.
Ölkəmizdə SAT imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunur və imtahan günləri qurumun veb-saytında elan olunur. Lakin iştirak sıxlığı çox olduğundan bir çox tələbələr imtahan üçün Türkiyə, Dubay yaxud Gürcüstana üz tuturlar.
Dünyada 85 ölkə SATimtahan nəticələrini rəsmi qəbul şərti olaraq qəbul edir. Siyahını 4000 ali məktəb qurumu ilə ABŞ taclandırır və Türkiyə, Kanada, Avstraliya, İngiiltərə,Almaniya, Sinqapur da bu SAT imtahan nəticələrini tanıyır.
SAT imtahanına hazırlıq adətən intensiv və mütəmadi qaydada aparılır. İmtahan hazırlığına yayda və oktyabr ayında başlanılır. İmtahana hazırlaşmazdan öncə hökmən ingilis dili testi verməyiniz tələb olunur. Bu sadə səviyyə testi deyil, sırf SAT imtahanına hazırlıqla bağlı test olmalıdır. İmtahanı təkrar vermək üçün özünüzə hökmən vaxt tanıyın və imtahanı son ana saxlamayın.
Adətən SAT imtahanları Avqust, Oktyabr, Noyabr, Dekabr, Mart, May və İyun aylarında keçirilir.
SAT imtahanı üçün Intermediate dil biliyi səviyyəsi tələb olunur. Bu sizin hazırılığı daha effektiv edəcək. Daha zəif səviyyələr üçün Pre-SAT hazırlığı tövsiyə olunur.
SAT hazırlığı daha uzun müddət tələb etdiyindən, daha öncə başlanılır. Çalışqan şagirdlər isə hər iki proqrama parallel hazırlaşa bilərlər.