Xaricə köçək,oxuyaq,işləyək?
Düşünməyin ki, xaricdə işləmək, yaxud yaşamaq yalnız inkişaf etməkdə olan ölkələrin əhalisinin arzusudur. The Guardian saytının məlumatına əsasən 2017-ci ildə dünya əhalisinin hər 30 nəfərindən biri, daha dəqiq desək, 258 milyon nəfər öz anadan olduğu ölkədən kənarda yaşamışdır. Təbii ki, bu fantastik rəqəmə birbaşa təsir edən müharibələr, təbii fəlakət səbəblərini də diqqətdən kənarda saxlamaq olmaz. Amma artıq 10 illərdir ki, insanların xaricə köç etməsinə əsas səbəblər təhsil və karyeradır.
2020-ci ildə bütün dünyada 6.3 milyon xarici tələbə olub. Tələbələrin üz tutduğu ölkələr arasında ABŞ, Kanada, Almaniya, Çin, Fransa, Yaponiya kimi əjdəhalarlarla yanaşı, 162 ölkədən olan tələbələrin seçdiyi Malayziya, Cənubi Koreya, Sinqapur ölkələr də tədricən öz mövqelərini möhkəmlədir.
UN DESA rəsmi məlumatına əsasən, 2020-ci ildə miqrantların 50%-İ Avropa və Amerikaya üz tutmuşdur.
Xaricə iş üçün üz tutan insanlara motivasiya verən əsas səbəb yüksək qazanc və daha parlaq gələcək arzularıdır. Bu arzulara çatmaq mümkündür, amma sizdən xaricdə təhsil və karyera planınızı rasional, real və ağıllı qurmağı tələb edir. Ölkələr, şərtlər və imkanlar fərqli ola bilər, lakin xaricdə təhsil almaq istəyən, yaxud iş axtarışında olanların hamısı üçün bəzi qızıl qaydalar var:
- İngilis dili bilikləriniz olsun. Söhbət yalnız formal IELTS sertifikatınızın olmasından getmir. Xaricdə dil biliyi olmadan yaşamaq balığı susuz qoymaq kimi bir şeydir.Əgər planlarınız uşaqlarınızla bağlıdırsa, İngilis dilini öyrənməyə nə qədər tez başlasaz, o qədər yaxşıdır. İngilis dili öyrənməyi təkcə müəllim, yaxud kurslara həvalə etməyin. Bunu həyatınızın bir parçası edin!
- Xaricdə təhsil üçün ölkələrə baxış açınızı genişləndirin. ABŞ və Kanada bir çoxlarının təhsil yolu ilə miqrasiya hədəfində tutduğu ölkələrdir. Amma hər zaman arzularınızı imkanlarınızla uzlaşdırmağa çalışın. Eyni zamanda “klassik yanaşma” hər zaman dəbdə olsa da, digər imkanları da araşdırın. Məsələn, hazırda Cənubi Şərqi Asiya ABŞ tələbələrinin belə üz tutduğu əsas coğrafi məkanlardan Yaponiya, Çin, Malayziya, Cənubi Koreya universitetləri təhsil keyfiyyətlərinə görə Avropadan geri qalmır, üstəlik, bu keyfiyyəti daha əlçatan qiymətlərlə təmin edirlər. Avtomobil industriyasında olduğu kimi😊
- Xaricdə İşləmək üçün sertifikatlar alın. Ümumiyyətlə, müasir dünyada qazana biləcəyiniz bacarıqların (skills, not knowledge) yeganə mənbəyi universitet təhsili deyil. Bir çox peşələr sizdən praktiki yanaşma və çeviklik tələb edir. CNBC kanalına müsanibəsində dünyanın 1 nömrəli biznesmeni və varlı şəxsi Elon Musk qeyd etmişdir ki, işə alınma zamanı namizədlərin ali təhsilinin olub-olmamasına fikir vermir. Bu arada, Elon Musk-ın özünün heç magistr təhsili yox imiş…
Əsas məsələ işinizin peşəkarı olmaqdır. Bunun üçün siz hazırda ödənişsiz kuslardan, seminar və vebinarlardan, video dərslərdən və təbii ki, sertifikat proqramlarından yararlana bilərsiniz. Bu bənd 1-ci bəndimizlə sıx bağlı olacaq, çünki bütün peşəkar kurslar üçün sizin ingilis dilinə ehtiyacınız olacaq.
- TEFL, TESOL, CELTA və s. – Müəllimlik işini sevənlər üçün beynəlxalq müəllimlik sertifikatları çox yaxşı şans yaradır. Diplomunuz deyil, məhz bu beynəlxalq sertifikatlar sizin xaricdə qısa müddətdə iş tapmağınıza səbəb ola bilər. TEFL və TESOL sertifikatları ilə siz müəllimlərə ən çox maaş verən 5 ölkədə rahat çlışmaya başlaya bilərsiniz. Və ən əsası bu sertifikatlar sizə iş icazəsi və yaşama icasəzi alıb, xaricdə qanuni yaşamağa da imkan yaradacaq.
- İkili diplomlar yaxud birgə universitet proqramlarına nəzər salın. İkili diplomlar inkişaf etmiş və etməkdə olan ölkələrin birgə məhsulu olub, xüsusi proqramların yaxud universitetlərin təşviqini nəzərdə tutur. Çox zaman belə proqramlar “A” inkişaf etməkdə olan ölkəsində 2 il təhsil aldıqdan sonra “B” inkişaf etmiş ölkəsində oxumaq şansı verir. Bu, sizə həm inkişaf etmiş ölkələrdə olan universitetlərə rahat qəbul almaq, həm vizadan kəsilmək riski yaşamamaq, həm də 4 illik təhsil müddətinin 2 yaxud 3 ili ərzində xərclərinizə əhəmiyyətli dərəcədə qənaət etmək imkanı yaradır. Məsələn, ABŞ-da Chicago Kent Law College of Law Gürcüstada yerləşən School of American Law ilə birgə hüquqşünaslara 1 il Gürcüstanda Amerika təhsili almaqla, növbəti il üçün ABŞ-ın ən güclü hüquq universitetlərinin birində 75% təqaüdlə təhsil almaq imkanı yaradır. Yaxud, Malayziyanın reytinqli universitetlərindən olan INTI International University sizə 2 il Malayziyada oxuyub növbəti 2 ili isə ABŞ, Kanada, İngiltərə kimi ölkələrdə təhsil almaq imkanı yardan AUP proqramı təsis etmişdir.
- Peşə programları imkanı da var. Bir çox Avropa ölkələri “mavi yaxalıqların” cəlb edilməsini peşə hazırlığı proqramları vasitəsi ilə edir. Bu Avropaya qanuni əsaslarla köçmək, iş tapmaq və “həyatını qurmaq” istəyən gənclər üçün yaxşı imkandır. Əsas məsələ odur ki, bu işdə sizi aldatmasınlar. Bir qaydanı yadda saxlayın ki, bu proqramlar üçün sizdən hökmən sertifikatlı dil biliyi tələb olunacaq. Bu proqramlardan ölkəmizdə ən çox tanınanı Ausbuilding-dir.
Köç- cəmiyyət qədər tarixi olan bir prosesdir və davam da edəcək. Əsas məsələ hara, nə zaman və nəyə görə köçdüyünüzü dəyərləndirib, planlı iş qurasınız və ölkənizdə qalıb cəmiyyətə faydalı olmaq şansınızı da gözardi etməyəsiniz.
Fidan Bağırova