Ümumi İngilis dili – effektiv öyrənmə üçün fundamental 10+10 fənd
İngilis dili dünyada öyrənilən dillər içərisində ilk yerdədir. Bunun tarixi, təbii və zərurət yaradan səbəbləri var. Ingilis dilini özü öyrənənləri barmaqla saymaq olar. Adətən hər kəs xarici dil öyrənmək üçün müəllimə üz tutur və bu, təbii ki, düzgün yoldur. Bu yolun öyrənənlər üçün “görünməyən” tərəfi isə ingilis dili müəllimini bu prosesdəki xüsusi çəkisidir.
İngilis dili öyrənilməsinin texnikasını başa düşmək üçün bilik (knowledge) və bacarıq (skills) öyrənilməsi arasındakı fərqi bir az dərindən anlamaq lazımdır. Məsələn, IELTS, TEFL yaxud SAT ingilis dili ilə bağlı olsa da, özləri ayrıca bir fəndir və bilik kategoriyasına daxil olur. General English, yaxud ümumi ingilis dili daha fərqlidir və daha çox bacarıq- skill kateqoriyasına düşür. Bilik öyrənilməsində müəllimin rolu daha böyükdür, hətta dilimizdə “bilik ötürülməsi” detə çox uyğun bir termin var.
Bacarıq öyrənilməsi daha fərqli və çoxtərəflidir. Bu prosesdə öyrənən tərəfin rolu, əzmkarlığı, məsuliyyəti və davamlı yanaşması çox önəmlidir. Fundamental səbəb isə bacarıqların öyrənilmə səbəbinin böyük faizlə praktiki tətbiq olmasındadır. Dil bilikləri dünyada öyrənilən praktiki bilik, yaxud bacarıqlar arasında 1-ci dərəcəli olduğundan,əslində, onların doğru mənimsənilməsi sizə digər sahələrdə də yardımçı ola bilər.
Bütün dünyada məşhur olan Indeed.com saytı istənilən bacarıqların öyrənilməsi üçün 10 fənd təklif edir:
- Məqsədin müəyyən edin
- Öyrənmək istədiyiniz bacarıqları hissələrə bölün. Məsələn, ingilis dili ilə bağlı yazı və danışıq qabiliyyətinin öyrənilməsi
- Sizə mane olan potensial faktorları müəyyən edin
- 80:20 qaydasını tətbiq edin, yəni 20% zamanınızı sərf edib, 80%-lik nəticəyə gətirən yollar hansılardır. Bu istifadə etdiyiniz texnika ilə də bağlı ola bilər, alt-bacarıqlarla da.
- Vahid vaxt ərzində bir bacarıq, yaxud alt-bacarığa zaman ayırın
- Şəxsi inkişafınızı prioritetləşdirin və önəmsəyin
- Daha uzunmüddətli hədəflər müəyyən edin
- Öyrəndiklərinizi tətbiq etmək üçün imkanları tapın
- Əlavə resrslar tapın
- Öz səhvlərinizdən də öyrənmə üsulu kimi istifadə edin
Öz tərəfimizdən sırf dil öyrənilməsi ilə bağlı aşağıdakıları əlavə edərdik:
- Dil biliklərinin öyrənilməsində mütəmadilik, yaxud davamlılıq nümayiş etdirin.
- Dil öyrənilməsini həyatınızın bir hissəsi edin. Məsələn yazı qabiliyyətlərinin inkişafına sadə “shopping list”inizi ingilis dilində yazmaqla başlayın
- Gündəlik olaraq məşğul olun
- Dil öyrənilməsi zamanı böyük fasilələr verməyin
- Oxuyun, oxuyun, yenə də oxuyun
- Öyrəndiklərinizi tətbiq etmək üçün “gözlərinizlə və qulaqlarınızla” məlumat axtarın. Beləcə, avtomatik yaddaşınız fəaliyyətdə olacaq. Təcrübə və göstərir ki, öyrəndiyiniz yeni qayda və sözləri 7-8 dəfə təkrarlasanız, o zaman onlar sizin yaddaşınıza həkk olunacaq.
- Öyrənməkdən utanmayın, soruşmaqdan çəkinməyin
- Özünüzə məxsus reseptlər tapın. Məsələn, ingilis dilini kitab oxumaq yolu ilə öyrənmiş çox uğurlu biznes dünyası insanları var. Yaxud dili özlərinin də xəbəri olmadan oyunlar vasitəsi ilə öyrənən nə qədər gənclər var😊
- Öyrəndiklərinizi ara-sıra yoxlayın. Bunun üçün peşəkar mərkəzlərə də üz tuta bilərsiniz, ödənişsiz online resurslara da
- Why?, when?, how?, where? sualları ilə ingilis dilini öyrənmək üçün yol xəritənizi də çəkə bilərsiniz.