TEFL ilə karyera – dünyada ingilis dili müəllimlərinə ən çox pul qazandıran 5 ölkə!
Hər bir alınan bilik qısa, yaxud uzun müddətdə formasını dəyişərək, ya pula, ya karyera uğuruna, ya da başaq bir dəyərə çevrilməlidir. Karyera qanunu bunu diktə edir. Səbəbsiz, tətbiqsiz və nəticəsiz alınan istənilən bilik sizin üçün sadəcə beyin yükünə çevrilir.
Hazırda çox çevik dəyişən dünyada bütün sahələrdə klassik biliklərlə yanaşı, daim yenilənən, adaptə olunan bacarıqlara ehtiyac yaranır. Bütün zamanların ən vacib peşələrində biri olan müəllimlik peşəsi də bu siyahıdan kənarda deyil. Zamanla ayaqlaşmaq, tələbələrdən geri qalmamaq və cazib müəllim olmaq üçün müəllimlər də öz peşəkar biliklərini yeniləməlidirlər. Yaxşı xəbər odur ki, bunun üçün yenidən universitet oxumağa ehtiyac yoxdur və hazırda TEFL, TESOL, CELTA, DELTA, TKT və s. kimi peşəkar və beynəlxalq proqramlar ingilis dili müəllimlərinin səriştəsinin artmasına yetərincə dəstək olur. Bu proqramlar ən yeni metodoloji məqamları ehtiva edir və ingilis dili tədrisini ən peşəkar səviyyəyə qaldırır.
“Sən pul qazanmaq üçün müəllim olmusan”
“Sən pul qazanmaq üçün müəllim olmamısan” – ifadəsini çoxlarımız eşitmişik, lakin TEFL kimi beynəlxalq sertifikatlarla siz həm yaxşı müəllim ola bilərsiniz, həm də yaxşı pul qazana bilərsiniz. Bütün dünyada TEFL-sertifikatlı müəllimlərə yaxşı maaş qazandıran minlərlə vakansiyalar var.
Beləliklə, ingilis dili müəllimlərinə ən çox pul qazandıran 5 ölkə hasıdır?
- Cənubi Koreya
- Çin
- Yaponiya
- Tayvan
- Körfəz ölkələri
Bu ölkələrdə siz öz yaşam xərclərinizi tam və keyfiyyətli ödəyə və ayda 500-1500 dollar arası pul yığa bilərsiniz.
Cənubi Koreya
Siyahını Koreya taclandırır. Bu texnoloji inkişaf etmiş, tarixi və mədəniyyəti dərin olan ölkə, eyni zamanda təhsil məsələsinə çox ciddi diqqət ayırır və təbii ki, bu prosesə ingilis dilinin tədrisi də aiddir. İngilis dili müəllimləri Cənubi Koreyada ildə 15,000 dollaradək pul yığa bilərlər. Eyni zamanda, müəllimlər mebellə təchiz olunmuş evlə təmin edilirlər və onların bilet xərcləri qarşılanır. 12 aylıq müqaviləni tamamlayan müəllimlərə 13-cü maaş da bonus kimi verilir.
Nəhəng Çin!
Hər il 300 milyon nəfər ingilis dili öyrənən vətəndaşı ilə Çin bütün sahələrdə olduğu kimi, ingilis dili müəllimləri üçün də nəhəng imkanlar yaradır. Çində həm müəllimlik, həm də tədris sahəsində inzibati işçilərə də tələb var. Ayda minimum 1200 dollarlıq maaş, təcrübə və müqaviləyə uyğun qat-qat yüksələ bilər. Çinə çalışmaq üçün gedən bir çox müəllimlərə pulsuz yaşayış yeri və aviabilet verilir.
Yaponiyadan Tayvana
Distant işə-almanın çox yayıldığı ölkə olan Yaponiya Şərqi Asiyada daha bir imkanlar yaradan ölkədir. Dərin tarixi və mədəniyyəti ola Yaponiyada siz nəinki pul qazanacaq, eyni zamanda, mütəxəssis kimi çox zəruri olan bacarıqlar əldə edəcəksiniz. Bütün xərclərinizin qarşıladıqdan sonra, siz Yaponiyada ayda 600-800 dollar pul yığa bilərsiniz.
Tayvanda yaşam səviyyəsi və xərcləri nisbətən yüksək olsa da, bu ölkə daha azad olması ilə sizin üçün cazibədar ola bilər.
Neft ölkələri
Nəhayət, beynəlxalq sertifikatlı ingilis dili müəllimi kimi ən çox pul qazana biləcəyiniz ölkələr siyahısına təbii ki, Körfəz ölkələri daxil olur. Böyük neft pulları olan Abu Dabi, Dubay, Qətər, Küveyt kimi ölkələrdə də ingilis dili müəllimliyi ən hörmətli peşələrdəndir. Bu ölkələrdə siz ayda 2000-5000 dollar arası maaş ala bilərsiniz, sizin yaşam və nəqliyyat xərcləriniz ödənilir. Vakansiya sayı bağlı təsəvvürünüzün yaranması üçün təkcə Dubayda 140-dan çox beynəlxalq məktəbin olduğunu bilmək yetərlidir. Bu siyahıya çoxsaylı universitetlər, dövlət məktəbləri və özəl kurslar da əlavə edildikdə, bu coğrafiyanın ingilis dili müəllimləri üçün cazibədarlığı açıq-aydın ortaya çıxır.
Sertifikatla bağlı önəmli qeydlər
TEFL sertifikatı ilə iş tapmaq üçün dünyada çoxsaylı saytlar və iş axtariş alətləri var. Bütün bunlardan öncə isə sizin etibarlı və ən əsası beynəlxalq səviyyəli bir sertifikatınızın olması önəmlidir, çünki əks təqdirdə hətta 4 illik müəllimlik diplomu belə faydalı olmayacaq. TEFL kurslarını seçərkən, onların 120 saatlıq olmasına diqqət ayırın, çünki bütün dünyada daha çox bu tədris müddəti tələb olunur. TEFL sertifikatı ilə bağlı önəmli məqamlardan biri sizin əyani formalı sertifikatınızın olmasıdır. “Blended”, yəni qarışıq formalı tədris də sizə eyni dərəcəli əyani sertifikat qazandıra bilər. Belə tədris formasında siz müəyyən bilikləri onlayn formada qazanır, sonra isə təlimçi ilə qısa müddətli (adətən 1 həftə) canlı dərslərə qatılırsınız.
Fidan Bağırova