lingvaschool.com

Onlayn, yaxud rəqəmsəl SAT imtahanı – 2023-cü ildən nələr dəyişir?

Onlayn, yaxud rəqəmsəl SAT testləri – 2023-cü ildən nələr dəyişir?

SAT İmtahanı təşkilatçısı olan College Board bu ilin yanvar ayında SAT qaydalarına dəyişikliklər etdi və əsas fərq 2023-cü il mart ayından etibarən beynəlxalq, o cümlədən də, azərbaycanlı şagirdlər üçün SAT imtahanının onlayn qaydada keçirilməsi oldu.

SAT beynəlxalq imtahan olub, ABŞ, Avropa, Türkiyə, o cümlədən bir çox başqa region və ölkələrdə bakalavr təhsili almaq istəyən şagirdlər üçün nəzərdə tutulub. SAT bütün dünyada 4000-dən çox universitet tərəfindən qəbul edilir və Azərbaycanda da ADA Universiteti qəbul şərtlərindən biri kimi SAT balını tələb edir. Xüsusən tibb təhsili almaq istəyən tələbələr üçün SAT imtahanı çox önəmlidir. 2021-ci ildə 2,2 milyon şagird SAT imtahanından keçib.

Nələr dəyişir?

2023-cü ildən etibarən beynəlxalq tələbələr SAT imtanını rəqəmsal, yaxud onlayn formada verəcəklər. Bununla nə dəyişir?

  • İmtahan ənənəvi olan kağız formada keçirilməyəcək
  • Test müddəti 2 saata endirilir
  • Test cavabları 2 həftəyə deyil, bir neçə gün ərzində məlum olacaq
  • Bütün “Math” bölmələri üçün hesab maşınından (kalkulyator) istifadə etmək icazəsi olacaq
  • “Reading” bölməsindəki mətnlər daha qısa və asan olacaq

Nələr dəyişmir?

Bütün dəyişiklərə baxmayaraq SAT ilə bağlı dəyişməyən qaydalar da var:

    • SAT hazırlığı üçün sizin ingilis dili səviyyəniz yaxşı olmalıdır, xüsusən akademik ingilis dilinə diqqət ayırın
    • SAT hazırlıqlarına ən gec oktyabr ayında başlamağınız tövsiyə olunur
    • Sentyabr ayından etibarən artıq College Board rəsmi saytında qeydiyyatdan keçərək, imtahan üçün yer alın
    • SAT hazırlığı üçün “SAT Reading List” sizə çox faydalı ola bilər
    • SAT üçün testlərlə praktika dərslər qədər önəmlidir
    • SAT balınızın yüksək olması üçün SAT söz siyahısını öyrənməyə başlayın
    • Və nəhayət, SAT hazırlıq mərkəzi olaraq, güvənli və təcrübəli kurslara üz tutmağınız tövsiyə olunur

Lingva Tədris Mərkəzi