WhatsApp Image 2023 08 04 at 12.38.36

Malayziyada təhsil üçün 5 səbəb

Malayziyada təhsil üçün 5 səbəbWhatsApp Image 2023 08 04 at 12.38.36

Xaricdə təhsil əvvəllər bir arzu, xəyal və çoxları üçün əlçatmaz hədəf idi isə, indi qloballaşma və genişlənən imkanlar, eyni zamanda ehtiyaclar sayəsində bir zərurətə çevrilib. Hər il ölkəmizdən xaricə minlərlə tələbə gedir, bu arada, Azərbaycana da ötən il ali təhsil almaq üçün 7000-dən artıq xarici tələbə gəlib.

Xaricdə təhsil övlada qoyulan kapitalın ən önəmlisi və ciddi başlanğıcıdır. Bu səbəbdən xaricdə təhsil ilə bağlı seçim edərkən, valideynlər bir çox önəmli məqamları nəzərə almalıdırlar. Bu məqamlara  doğru ixtisas seçimindən tutmuş ailəiçi konsessusa qədər böyük bir siyahi daxildir. Doğru qərar vermək üçün valideynlərin yetəri qədər məlumatı, müasir peşələrlə bağlı bilikləri, uşaqların isə öz fikirləri və qərarvermə gücləri olmalıdır.

Dünya və azərbaycanlı tələbələr üçün cazib təhsil şərtləri və keyfiyyətli təhsil təqdim edən Malayziya, zənnimizcə, oxumaq üçün ən doğru məkanlardan biridir? “Niyə”sini soruşsanız, bu cavabları təqdim edə bilərik:

  • Keyfiyyətli təhsil zəmanəti – Malayziya universitetləri ilbəil dünya reytinqlərində mövqelərini möhkəmləndir, dərs proqramları çox praktikidir, ən müasir laboratoriyalarla təchiz olunublar, ixtisaslar yenilənir və müasir tələblərə uyğunlaşdırılır və hətta Barak Obama Gənc Asiya Liderləri Təşəbbüsündə çıxışı üçün özəl universitetlərdən birini seçir.

WhatsApp Image 2023 08 04 at 23.26.56

  • Əlçatan qiymətlər və xüsusi təqaüdlər – Malayziyada 90%-dək təqaüd imkanları olan dövlət universitetləri var. Amma ən önəmlisi odur ki, Malayziya universitetləri Qərb universitetləri ilə eyni keyfiyyətli təhsili qat-qat uyğun qiymətlərə təklif edirlər. Üstəlik yaşam və yataqxana qiymətləri bir çox ölkələrin qibtə edəcəyi qədər əlçatandır
  • Dünyanın ən təhlükəsiz ölkələrindən birində təhsil imkanı – xaricə gedən tələbələr bəzən 16 yaxud 17 yaşında olur və böyük həyata ilk addımlarını xaricə qədəm basmaqla atırlar. Təbii ki, valideynləri ən çox narahat edən məqamlardan biri ölkənin təhlükəsizliyidir. Müqayisə üçün bildirək ki, Malayziya ötən il beynəlxalq Sülh İndeksində Norveçdən sonra 18-ci yerdə qərarlaşıb. Bu sülhsevərlik internet təhlükəsizliyindən tutmuş gülərüz və çox mehriban insanlara qədər geniş spektri əhatə edir
  • 162 ölkədən 100 minlərlə tələbə ilə birgə oxumaq şansı – Xaricdə təhsilin insana ən böyük qazanclarından biri şəbəkələnmə, digər mədəniyyətlərlə ünsiyyət, yeni dostlar qazanmaq və multikultural cəmiyyətin bir parçası olmaqdır. Malayziyada demək olar ki, dünyanın hər bir ölkəsindən tələbələr təhsil alır və bu, sizə beynəlxalq karyera qurmaq üçün də faydalı ola bilər
  • Təhsilsonrası yüksək işədüzəlmə əmsalları – Təbii ki, xaricdə təhsil almağın ən əsas məqsədi yaxşı, rəqabətli və tələb olunan işçi olmaqdır. Malayziya universitetləri 90%-dən yüksək işədüzəlmə əmsalları ilə fəxr edir desək, yanılmarıq. Bunun əsas səbəbi isə təhsilin çox praktiki olması və tələbələrin universitet həyatından sonra işə hazır olmalarıdır. Təbii ki, ingilis dilində aldığınız təhsil də bu məqamda öz töhfəsini verəcək

WhatsApp Image 2023 08 04 at 12.38.37