sergi

Malayziyada təhsil tələbələri daha çox cəlb etməkdədir

Malayziyada təhsil tələbələri daha çox cəlb etməkdədir

2-3 dekabr tarixində Malayziyanın Azərbaycandakı Səfirliyi, Linqva Tədris Mərkəzi və Malayziyanın  Winning Magnitude şirkətinin təşkilatçılığı ilə Malayziya Təhsil Sərgisi baş tutmuşdur.

WhatsApp Image 2023 12 03 at 22.07.54

Sərgidə dövlət və özəl universitet nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli  səfiri cənab Ahmad Kamrizamil bin Mohd Riza açmışdır. “Ölkələrimiz arasında çox yaxşı münasibətləriniz var. Malayziya beynəlxalq təhsil məkanıdır və bu ölkə sizə çox keyfiyyətli təhsil təmin edir” cənab səfir qeyd etmişdir.

WhatsApp Image 2023 12 03 at 21.56.38 2

Azərbaycanın Malayziyadan ilk məzunlarından olan Anar Yusuzfadə öz çıxışında Malayziyanın özəlliklərindən danışmışdır: “Malayziya çox maraqlı ölkədir, çünki təkcə Malayziyaya səyahət etməklə, siz bütün Asiyanı kəşf edirsiniz. Malayziya multikultural ölkədir – fərqli mədəniyyətlər, fərqli insanların diyarıdır.

WhatsApp Image 2023 12 03 at 21.56.38 4

Hazırda cənab səfir də qeyd etdiyi kimi Malayziyada 175 ölkədən tələbələr təhsil alır, hətta inkişaf etmiş ölkələrin vətəndaşları belə təhsil məkanı olaraq Malayziyani seçirlər. Yaponiya, ABŞ, Çin, Almaniya kimi ölkə vətəndaşlarının təhsil üçün Malayziyaya üz tutması təbii ki, təsadüfi deyil” – Anar Yusufzadə vurğulamışdır.

Linqva Tədris Mərkəzinin Malayziya tərəfdaşı Rövşən Bağırov Malayziyada son 30 il ərzində təhsilin sürətli inkişafından söz açmışdır. “Malayziya iqtisadi, texnoloji və təhsil sahəsində çox sıçrayışlı irəliləyişlər edib və məhz təhsil sahəsində hətta Sunqapur kimi ölkələrlə rəqabət aparır. Müasir süni intellekt kimi sahələr üzrə də bu ölkə öndədir” – o, söz nitqində qeyd etmişdir.

WhatsApp Image 2023 12 03 at 21.56.38 5

“Maraqlı tərəflərdən biri də odur ki, Malayziya təhsili praktikidir və aidiyyati sənaye sahələrində olan ən soz yeniliklər tədris proqramlarında tətbiq olunur. Bizim Malayziyada bu il ali təhsilə başlayan tələbələrimiz hamısı nəticənin gözləntilərdən yüksək olduğunu qeyd etmişlər. İl ərzində 6-dək qəbul imkanının olması isə ümumiyyətlə unikal bir şansdır” – deyə Rövşən Bağırov sözünə davam etmişdir.

Jurnalistlər tərəfindən Malayziyanın yaşam xərcləri ilə bağlı suala cavab verən Winning Magnitude şirkətinin rəhbəri Kabilan Muniandi qeyd etmişdir ki, Malayziya yaşam xərclərinə görə də çox əlverişli ölkədir. “Təbii ki, burada tələbənin yanaşması da rol oynayır, amma ortalama 150dollar sizin xərcləri qarşılır” – o demişdir.

IMG 3677

Eyni suala münasibət bildirən Quest İnternational University təmsilçisi Nicholas Goh Malayziyanın qiymət baxımından çox cəzbedici ölkə olduğunu qeyd etmişdir. “Bəzi tələbələr universitet kampuslarında işə başlayırlar və hətta yemək xərclərinə belə qənaət edirlər. Hər şey tələbənin yanaşmasından asılıdır “ – cənab Goh vurğulamışdır.

WhatsApp Image 2023 12 03 at 21.56.38 6

Ötən ilki sərginin nəticələri barədə verilən suala cavab verən Rövşən Bağırov, artıq Lingva Tədris Mərkəzi tərəfindən sayılı tələbələrin Malaysiyada təhsilə başladıqlarını söyləmişdir. “Bu günki sərgidə iştirak üçün 500-dən çox müraciət olmuşdur. Bu rəqəm bu il Malayziyada təhsil almağı hədəfləyən tələbələrin sayında böyük artım olacağından xəbər verir. Eyni zamanda, biz Malayziyada azərbaycanlı tələbələrin maraq meyarlarının nəzərə alınması üçün tərəfdaşlarımız ilə danışıqları davam etdiririk.

Həyatı boyu Qərb, o cümlədən ABŞ-a bağlı qurumlarda çalışmağıma baxmayaraq, Malayziyanı ilk dəfə gördüyümdə heyran qaldım. Biz bildiyimiz və inandığımız bir seçimi sizə təqdim edirik. 175 ölkədən olan tələbələrin təhsil üçün seçimi olan Malayziyanın azərbaycanlılar üçün də kəşf olunmasına çalışırıq. Valideynlərə isə sözümüz budur ki, Malayziyada təhsil sizin övladınızın gələcəyinə ən doğru sərmayədir” – Rövşən Bağırov sonda bildirmişdir.

IMG 3806 Sheryn WhatsApp Image 2023 12 03 at 21.56.38 10

WhatsApp Image 2023 12 03 at 21.56.38 9 WhatsApp Image 2023 12 03 at 21.56.38 8 WhatsApp Image 2023 12 03 at 21.56.37

 

Fidan Bagirova