İngilis dilində sözləri necə öyrənmək olar – 10 qayda
Hər bir dilin özəyi onun söz ehtiyatıdır. Yetəri söz ehtiyatı olmadan, nə oxuma, nə yazı, nə dinləmə, nə də danışıq bacarıqlarını öyrənə bilməzsiniz.
Söz ehtiyatının artırılması təbii ki, uşaq yaşlarından başladıqda, daha effektiv və verimli olur. Lakin hər kəsin ingilis dilini uşaq vaxtından öyrənmək şansı olmur və çox zaman şagird və tələbələr daha gec, yeniyetməlik yaşında dil öyrənməyə başlayırlar.
Yetərli lüğət, yaxud söz ehtiyatı sizin ingilis dilində danışığınızın, o cümlədən, #IELTS, #SAT, #TOEFL kimi beynəlxalq imtahanlarda uğurlu olmanız üçün başlıca amillərdəndir.
Bəs, bu qədər önəmli olan söz ehtiyatını necə artırmaq olar? Ən asası, öyrəndiyimiz sözləri yaddaşımızda necə saxlayıb, onlardan yazı və danışıq zamanı necə istifadə etmək olar?
Sizə https://www.britishcouncil.org/ saytının maraqlı araşdırma nəticəsini təqdim edirik:
Yeni sözləri əlaqəsiz formada öyrənməyin
Biz yalnız özümüzə aid, yaxud maraqlı məlumatları yadda saxlayırıq. Eyni qayda yeni sözlər üçün də keçərlidir. Yeni sözü sizin üçün maraqlı məzmunda öyrənsəniz, həmin sözü yadda saxlama ehtimalınız qat-qat artır. Məsələn, ingilis dilində “unstoppable” sözünü öyrənmək istəyən və futbol marağı olan şəxs “he is unstoppable” əvəzinə “Ronaldo is unstoppable” kimi cümlə ilə sözü daha rahat yaddaşına ötürə bilər. Britaniya Konsulluğunun LearnEnglish website resursunda sizə maraqlı olan minlərlə podkast, video, oyun və digər alətlərdən istifadə edə bilərsiniz
İfadə və dialoqlarla öyrənin
Bir neçə sözün birləşməsi şəklində öyrənilərkən, ingilis dilində olan yeni sözlər daha yaxşı yadda qalır. Məsələn, to come up with” sözünü “to come up with an idea” şəklində daha rahat yadda saxlamaq olar. Bu ifadədəki İdea sözü artıq ifadənin məzmununu açıqlayır və sizə dəstək olur. Eyni şəkildə, ingilis dilində salamlaşmaq üçün istifadə olunan 33 sözü əzbərləmək əvəzinə ‘Hello, how are you? – I’m fine, thank you’ şəklində mini-dialoqlar sizə daha faydalı ola bilər.
Yeni sözü istifadə etməyə çalışın
Maraqlı bir təhlili diqqətinizə çatdıraq; heç yeni avtomobil aldıqdan sonra, küçədə eyni maşından nə qədər çox sayda olduğunun fərqinə varmısınız? Yəni öncə heç görmədiyiniz marka, siz eyni markanı əldə etdikdən sonra birdən -birə yağışdan sonra göbələk kimi artır. Bu psixoloji məqam ingilis yaxud başqa bir dildə söz öyrənərkən də baş verir. Lakin, burda ən önəmli məsələ öz maşınınızı görmək üçün ən azından küçəyə çıxmalı olduğunuz kimi, öyrəndiyiniz yeni sözü də görmək üçün ya dinləmə, ya oxuma ya da danışıq bacarığını işə salmanızdır. Yeni sözləri öyrənməklə yanaşı öz səviyyənizə uyğun kitablar oxumağınız, yaxud kiçik dialoqlar qurmağınız sizə çox faydalı olacaq.
Yeni öyrəndiyiniz sözü beyninizdə canlandırın
İngilis dilində öyrəndiyiniz hər bir sözü kağız üzərində, yaxud beyninizdə canlaşdırmağa çalışın. Bu hər dəfə həmin sözü eşidərkən, onun beyninizdə canlanmasına səbəb olacaq. Bu məqsədlə, Visuwords yaxud şəkil-lüğətlərdən də istifadə edə bilərsiniz.
Mnemoniklər yaradın
Xüsusən çətin tələffüz edilən sözlər üçün bu texnika yaxşı işləyir. Söz və onun mənası arasında əlaqəni yaratmaq üçün gülməli ifadə yaxud hekayə fikirləşin. Məsələn i before e, except after c’ believe’ və receive kimi sözlərin tələffüzünü öyrədən mnemoniklərdir. Ritm və şerlər də mnemonik kimi çıxış edə bilərlər.
Məsafəli təkrardan istifadə edin
Təkrar yeni sözləri sizin yaddınıza bərkidir. Lakin yeni sözü eyni gündə 100 dəfə təkrarlamaqdansa, onu bir neçə gün yaxud həftə ərzində bir neçə dəfə (7-8 yaxşı rəqəm sayılır) təkrarlamaq sizə daha çox fayda verəcək və ən əsası sizi yormayacaq.
Yeni sözü gecikmədən istifadə edin, bir saat sonra daha bir dəfə istifadə edin. Yatmazdan öncə bir də yada salın. Bir gün sonra yenidən beyninizi işə salın və nəhayət növbəti bir neçə gün ərzində ingilis dilində yeni öyrəndiyiniz sözü təkrarlayın. Vəssəlam!
Eyni zamanda yeni sözləri təkrarlama tezliyi üçün bir system də yarada bilərsiniz. Məsələn, yeni sözləri 3 kateqoriyaya ayırın. Yaşıl qutuya gələcəkdə istifadə ehtimalı az olan, sari qutuya zaman-zaman təkrarlamalı olduğunuz və qırmızı qutuya tez-tez istifadə edəcəyiniz sözləri daxil edin.
Sözlərin mənaları, yaxud etimologiyaya dərindən varın
Yeni sözün tərcüməsini lüğətdə axtarmazdan öncə onun mənasını tapmağa çalışın. Sözün kökü və şəkilçilərə baxın. Sözün kökünü araşdırmaq onu yadda saxlamağa kömək edir.
Məsələn, maraqlı bir fakti sizinlə paylaşaq. İngilis dilində olan “Tea” çay sözü, Çində Amoy dialektindən gəlir. Belə ki, bu bitkini Avropaya çəhz Amoy vilayətindən olan Dutch East India Company gətirib. Rus, ərəb, türk, yunan və başqa dillərdə isə çay Mandarin dilindəki elə ‘ch’a’ sözüdür. Çox ümid edirik ki, artıq bu sözü tam yaddaşınızda saxlaya biləcəksiniz.
Söz oyunlarından istifadə edin
Oyunlar sizə yeni mənalar və sözlər öyrənməniz üçün ən əyləncəli metodlarda biridir. Quizlet.com sizə bu mənadə çox faydalı ola bilər.
Qələmi əlinizə alın və yazın!
Yeni sözü, yaxud daha da yaxşı həmin sözün olduğu cümləni yazmaq onun yazılış və mənasını öyrənmə üçün əla vasitədir. Cümlə sizin xəyal məhsulunuz deyil, həqiqəti əks etdirsə daha faydalı olar. Bu texnika ilə bağlı oyunlara da müraciət edə bilərsiniz. Məsələn, qrup şəklində olan dərslərdə yeni öyrədiyiniz sözlə bağlı bir cümlə yazıb yoldaşınıza ötürə bilərsiniz, o da, öz cümləsini əlavə edəcək və beləliklə, əylənərək öyrənəcəksiniz.
Danışmağa başlayın
Danışmaq praiktiki ingilis dili öyrənmənin ən son və ən vacib pilləsidir. Danışıq eyni zamanda dillə bağlı baryerləri məhv edən, sizə özgüvən qazanrıran praktiki bir vərdişdir. Öyrəndiyiniz yeni sözləri hətta öz-özünüzlə danışmaq texnikası ilə olsa da, tətbiq edin.