İngilis dilində 24 Yanıltmac
Peter Piper picked a peck of pickled peppers.
Yuxarıdakı kimi yanıltmacları söyləmək çox əyləncəlidir. Onlar ingilis dilində tələffüzü məşq etməyin ən yaxşı yollarından biridir, çünki mənimsəməyiniz üçün onlar ingilis səsləri ilə doludur.
Bu başlanğıc səviyyəli yanıltmaclar ilə məşq edin:
- I scream, you scream, we all scream for ice cream.
“I scream” və “ice cream”dakı oxşar səslərə diqqət yetirin. Bu tanınmış yanıltmac s səsini və yumşaq c səsini məşq etməyə kömək edəcək.
Lüğət:
scream — çox yüksək səslə nəsə demək və ya səs çıxarmaq
ice cream – şirin və adətən süddən və ya qaymaqdan hazırlanan dondurulmuş yemək
- Cooks cook cupcakes quickly.
Bu qısa yanıltmac “cook”dakı kimi sərt k səsi və “quickly”də kw səsi ilə sizə kömək edəcək.
Lüğət:
cook – aşpaz
quick – tez
- Seventy-seven benevolent elephants.
V səsi ilə bağlı problemi olanlar bu yanıltmac sizin üçündür.
Lüğət:
benevolent – xeyirxah, eqoist olmayan
elephant – dişləri, gövdəsi və böyük qulaqları olan böyük boz heyvan, fil
- Betty loves the velvet vest best.
Burada bəzi ingilis dili öyrənənlər üçün çətin ola biləcək b və v səsləri ilə bir az məşq edəcəksiniz.
Lüğət:
Velvet — bəzi paltarlar üçün istifadə olunan yumşaq material, məxmər
Vest – qolları olmayan köynək, jilet
- She sells seashells by the seashore.
Bu yanıltmac çox məşhurdur. s və sh səslərinin tələffüzündə sizə kömək edəcək.
Lüğət:
seashell – balıq qulağı
seashore – dəniz sahili
By Leman Gafarli
Leman is Social Activities in English tutor at Lingva Language School.