shutterstock 2080212748 Aide

İngilis dili tədrisində yumorun istifadəsi

İngilis dili tədrisində yumorun istifadəsi

Bu yaxında Linked In-də ingilis dili tədrisində yumor hissinin istifadəsi ilə bağlı bir rəy töhfəsi sorğusu qarşıma çıxdı. Mövzu mənə çox maraqlı gəldi və müəyyən fikirlərimi paylaşdım və o da, məlum oldu ki, effektiv öyrətmə və öyrənmə üçün ektra-ordinar, yaxud “gündəlikdən kənar” metodlar gündəmə gəlib. Ümumiyyətlə, yumorun tədrisdə istifadəsi nə dərəcədə doğru, effektiv yaxud riskilidir? Bu sualların hər 3-ü üçün müsbət və mənfi cavablar var. Amma məsələnin başında duran yumor kimi təbii bir hissin elə təbii də istifadə olunmasıdır. Süni edilən yumorun effektinin mənfi olacağı aydındır.

 

humor

Yazacaqlarım tənqidə açıq və dözümlüdür, çünki sırf təcrübə və intuisiya əsasında gəlinmiş qənaətlərdir:

  • Müəllim tədris məkanın (sinif, kurs, auditoriya, təlim, zoom və s.) yumor işlədərkən, hökmən tələbələrinin yaş, sosial vəziyyət, emosional durumlarını nəzərə almalıdır. Məlumdur k, hər bir insanın yumor hissi müxtəlif olur, ümumiyyətlə yumora mənfi yanaşan, yaxud onu anlamayan insanlar var. Yumoru məhz özünə tənqid üçün yönəlmiş görənlər də olacaq.
  • Əgər müəllim, təlimçi, instruktor beynəlxalq sinifdə dərs keçirsə, bu zaman xüsusən ehtiyatlı olmalıdır. Bir cəmiyyətdə yumor kimi qəbul edilən ifadə, başqa bir cəmiyyət üçün təhqir ola bilər
  • Yumor hissi təbii olmalıdır və əgər müəllimin özünün yumor hissi məhduddursa, o zaman bundan bir alət kimi istifadə etməməsi məsləhətdir
  • Yumor yaşa uyğunlaşdırlımalıdır. Məsələn aşyaşlı qruplar üçün kiçik zarafat, böyüklər üçün isə daha incə yumor-eyhamlar istifadə oluna bilər
  • Yumor heç bir zaman tənqid, təhqir və alçaldılma üçün istifadə olunmamalıdır
  • Öyrənilən dil ingilis dili olduğu zaman, bu dil və millətin yumor xüsusiyyətləri aşılanmalıdır. Bunu müxtəlif oxuma materialları, lətifələr, kiçik komedik hekayələrlə etmək olar
  • Yumor hissi dinəmə və oxuma qabiliyyətlərinin inkişafı üçün, eyni zamanda, danışıq dərsləri zamanı əla alət rolunda çıxış edə bilər. Müəllimlər bu aləti dərs planlarına daxil edə bilərlər
  • Ağıllı yumor tələbələrin kritik düşüncə qabliyyətinin inkişafına səbəb ola bilər
  • Yumorun əsas 2 məqsədi olur; əhval ruhiyyəni yüksəltmək, yaxud gərginliyi aradan qaldırmaq və müəyyən mesajı/məlumatı ötürmək. Əgər siz də ingilis dili tədrisində bu iki məqsəd üçün yumordan istifadə edə bilərsinizsə, hökmən bunu edin.

 

Əziz ingilis dili müəllimləri! Yumor hissinin alət olaraq istifadəsi üçün isə sizə də bütün dünyada çox məşhur olan ingilis yumoru ilə yaxından tanış olmaq, yumoristik əsərlər oxumaq, verilişlərə baxmaq tövsiyə olunur.

Fidan Bağırova