Xarici dil öyrənmənin ən yaxşı silahı, o dildə kitab oxumaqdır. Bu həqiqətən də dilin təbii işlənməsini ətrafınızdakı dünyanıza və beyninizin tutumuna tətbiq etməyin ən təsirli və faydalı yoludur. Oxumaq, sizin söz ehtiyatınızı artırmanıza imkan verəcək. Eyni zamanda, əvvəldən fərqinə varmadığınız halda, sizə bu dildə düşünməyə kömək edəcəkdir.
Lakin ədəbiyyatla bəzən problemlər yaşana bilir. Ya çox mürəkkəb olur, ya da istifadə olunan söz ehtiyatı hal-hazırki zaman üçün aktual olmur. Məsələn, klassik ədəbiyyatın leksikası kimi. Təbii ki, bundan sonra seçim çox az qalır. Yenə də çox uyğun variantlardan biri – Harry Potter kitab seriyasıdır. Üstəlik, istənilən dildə. Siz əgər fransız, ispan və ya yapon dilində tərcümələrini də tapsanız, bu kitab sizə çox faydalı köməkci olacaqdır. Çox sadə şəkildə yazılmamasına baxmayaraq, siz orda bilmədiyiniz, amma mütləq ehtiyac duyacağınız bir çox faydalı ifadələr tapa bilərsiniz.
Gəlin, bu ifadələrin bir neçəsinə nəzər yetirək:
Is better off (doing smth) – kimin üçünsə etmək yaxsi olardı (nəyisə)
“Harry Potter və Filosof daşı” kitabının birinci hissəsindən bu ifadə ilə bir alıntı:
McGonagall: Every child in our world will know his name. (Bizim dünyamızda olan hər uşaq onun adını biləcək.)
Dumbledore: Exactly. He is far better off growing up away from all of that. (Tamamilə doğrudur. Onun bütün bunlardan uzaq böyüməsi çox daha yaxşıdır.
Both light and dark – Həm işıq həm zülmət
Sirius Black: Besides, the world isn’t split into good people and Death Eaters. We’ve all got both light and dark inside us. What matters is the part we choose to act on. That’s who we really are.
Sirius Black: Bundan əlavə, dünya – yaxşılar və “ölüm yeyən”lərə bölünməyib. Hər birimizin içində həm zülmət, həm də işıq var. Əsas olan, bizim hansı rolu seçdiyimizdir. Seçimimiz bizim kim olduğumuzu göstərir.
To mark somebody’s word- kiminsə sözünü xatırlamaq
Mark my word, Harry Potter is going to do great things! (Sözlərimi xatırla! Harry Potter böyük işlər görəcək.)
Kitabın kontekstindən əlavə ifadələr:
to sort out (something)- bir şeyi anlamaq, baş açmaq.
to catch in the act- yerində tutmaq
to step in- qarışmaq
to come around- yola gəlmək, əvvəlki rəydən uzaqlaşmaq
give or take- aşağı-yuxarı
at the top of his voice- bağırmaq
Və sonunda… I solemnly swear that I am up to no good!
Marodorov kartının məhşur kodlu ifadəsi. Bir çox mənbələrdə “Mən təntənəli şəkildə and içirəm ki, sadəcə yaramazlıq planlayırdım.” Kimi tərcümə olunmasına baxmayaraq, orijinalda o, belə səslənir: “ Mən təntənəli şəkildə and içirəm ki, yaxşı bir şey etməyəcəyəm.”
İlk baxışda, əhəmiyyətsiz görünə bilən, amma yenə də dəyişkən bir məna verən bir şey, zarafatyana yüngül bir əyləncəni nəzərdə tutur. Əsl tərcüməsində isə edəcəyi işin yaxşı bir şey olmayacağını dəqiqliklə deyir. Və bu da orijinalını oxumaq üçün sizə bir səbəb olacaqdır.
Bununla yanaşı, unutmayın ki, Lingva Language School çoxsaylı sosial aktiviliklər həyata keçirir. Bunun sayəsində İngilis dilinizi daha da inkişaf etdirə biləcək və sizə istədiyiniz danışıq səviyyəsinə zövq ala-ala çatmağınıza kömək edəcəyik.